Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib

İstanbulun Üsküdar rayonunun bələdiyyə sədri Sinem Dedetaş həbs edilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Sinem Dedetaş tikinti və istismar icazələrinin verilməsi prosesində qanunsuzluqlara yol verilməsi ilə rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədildiyi iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə daha dörd şübhəli barəsində də həbs qətimkan tədbiri seçilib.