Türkiyədə suriyalılara qarşı etirazlar davam edir
Yusif Nəzərli
06:01 02.07.2024
Dünya
319
Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş suriyalılara hücum edib.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, etirazçılar onların yaşadığı və işlədiyi yerlərə daş parçaları atıb. Qaziantep şəhərində isə bir qrup aksiya iştirakçısı Suriya vətəndaşı olan gənci bıçaqlayıb. Aksiya iştirakçıları Türkiyədə məskunlaşan suriyalılar əleyhinə şüarlar səsləndirib, onlardan ölkəni tərk etməyi tələb ediblər.
Etirazlar Adana və Urfaya da keçib. Adananın Seyhan qəsəbəsində və Urfada bir qrup vətəndaş suriyalılara məxsus iaşə obyektlərinin qarşısını kəsərək, onların açılmasına imkan verməyib. Aksiyalara qatılanlar suriyalıların Türkiyə ərazisindən çıxarılmasını tələb ediblər.
İstanbuldakı aksiyalarda da suriyalılara məxsus ticarət obyektləri hücuma məruz qalıb. Aksiyada iştirak edənlər “Türkiyə türkdür, türk qalacaq!” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, etirazlara Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoyması ilə bağlı yayılan xəbərlər səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə