Ukrayna Baş Qərargahı: “Dnestryanıdan Rusiyanın hücum təhlükəsi var”
Yusif Nəzərli
09:16 06.04.2022
Dünya
430
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Cənubi Buq istiqamətində hücum üçün Dnestryanı ərazidən istifadəsini istisna etmir.
Bu barədə Baş Qərargahın operativ məlumatında bildirilib.
Qeyd olunur ki, Rusiya əsgərlərinin əsas səyləri hücum əməliyyatına hazırlığa yönəlib, məqsədi Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarəti bərqərar etməkdir.
“Düşmən tərəfindən dəniz, hava və qurudan raketlərdən istifadə təhlükəsi hələ də davam edir. İşğalçılar şəhərlərin müdafiə kompleksinin obyektlərində, maddi-texniki infrastrukturda və yaşayış massivlərində yanğınlar törədirlər.
Eyni zamanda, düşmən Cənubi Buq istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır. Bu istiqamətdə hücum əməliyyatını dəstəkləmək üçün Dnestryanı-Moldova Respublikasının ərazisindən istifadə etməsi istisna edilmir. Təyyarələrin Tiraspol aerodromunda qəbul etmək üçün hazırlıq işləri aparılır”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Donetsk istiqamətində düşmən öz bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.
Həmçinin əlavə edilir ki, Rusiya işğalçıları beynəlxalq humanitar hüquqla qadağan olunmuş sursatlardan fəal şəkildə istifadə etməkdə davam edirlər.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində 8 qanadlı raketi məhv edib. Hərbi Hava Qüvvələrinin aviasiyası Müdafiə Qüvvələrinin quru qoşunlarının hərəkətlərinə dəstək verməyə davam edib və işğalçı qoşunlara qarşı hava zərbələri endirib.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə