Ukrayna ilə separatçılar arasında müharibə: “Normand dördlüyü” toplanır
Banuçiçək Kalbalıyeva
10:58 30.03.2021
Dünya
582
“Kreml yenə də qonşu dövlətin ərazi bütövlüyünü şübhə altına alır”
“Moskva üçün “ədalət” və “siyasət” sözləri yanaşı işlənmir”
“Budur, Rusiyanın siyasəti. İndi də Ukraynada “yarımçıq qalan planlarını” reallaşdırmaq istəyir”
“Ukrayna xarici işlər naziri Dmitriy Kuleba beynəlxalq aləmə çağırış edərək ölkənin şərqində gərginliyi artırmaq istəyən qüvvələri qınamağı xahiş edib. Məsələ burasındadır ki, il başlayandan bu yana Ukraynanın 23 hərbçisi həlak olub. Sonuncu insident zamanı separatçıların açdıqları atəş nəticəsində 4 ukraynalı hərbçi həlak olmuşdu. Separatçılar atəşkəsi özbaşına pozmurlar, onlara əmr verənlər var”.
Bu sözləri “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün “Facebook” hesabında yazıb.
Ekspertin fikrincə, Moskva üçün “ədalət” və “siyasət” sözləri yanaşı işlənmir:
“Bu gedişat genişmiqyaslı müharibəyə aparır. Ukrayna prezidenti “Normand dördlüyünü” (Ukrayna, Fransa, Almaniya və Rusiya) toplaşmağa çağırıb. 4 ölkənin lideri onlayn formatda görüşüb Donbasdakı durumu müzakirə edəcəklər. Ancaq çətin ki, nəticə olsun. Rusiya hakimiyyəti Ukraynanın toparlanmasını və sabitliyini istəmir.
Ona görə atəşkəs tez-tez pozulur. Kreml yenə də separatçıların əli ilə qonşu dövlətin ərazi bütövlüyünü şübhə altına alır. Kreml Avropadan ədalət istəyir və Rusiyaya qarşı yanlış siyasət həyata keçirildiyini deyir. Avropa Moskvaya deyəndə ki, axı siz Krımı ilhaq etmisiz, cavab belə olur: “Bunun sizə dəxli yoxdur”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Koreyaya ayaq basdığı gün Şimali Koreyanın diktatoru Yaponiyaya tərəf raket atdı. Lavrov Seulda nədən istəsən danışdı, bircə Şimali Koreyanın raket atmasına münasibət bildirmədi. Çünki Şimali Koreyanı qınamaq Kremlə sərf etmir.
Və ya bütün dünya Myanmarda hərbi çevrilişi həyata keçirənləri qınayır, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə hərbi çevrilişdən bir neçə gün əvvəl Myanmara gedərək yerli generallarla saziş imzalayır, bu ölkəyə hərbi texnika satacağını vəd edir. Myanmar generalları ötən şənbə günü hərbi parad zamanı etirazçılara atəş açmaq əmrini verirlər, 114 nəfər qətlə yetirilir.
Paradı izləyənlər arasında isə Rusiya xarici işlər nazirinin müavini də olur. Budur, Moskvanın siyasəti. İndi də Ukraynada “yarımçıq qalan planlarını” reallaşdırmaq istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya