
Ukrayna müharibəsində diplomatik çıxılmazlıq: Trampın təşəbbüsü uğursuz oldu
12:11 10.07.2025
Dünya
540
Kreml açıq şəkildə Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı çağırışlarını görməzdən gəlir, çünki Vladimir Putin Rusiya ordusunun cəbhəni yara və Ukraynanı tamamilə “sındıra” biləcəyinə inanır.
Bu barədə “Nyu York Tayms” nəşri yazıb.
Nəşr Kremlə yaxın iki mənbəsinə istinadən bildirilir ki, Rusiya lideri döyüş meydanında Rusiyanın üstünlüyünün artdığına və Ukraynanın müdafiəsinin qarşıdakı aylarda çökə biləcəyinə inanır. Onlar həmçinin vurğulayıblar ki, Putin hazırda döyüş əməliyyatlarını dayandırmağı mümkün saymır - əgər Ukrayna ciddi güzəştlərə getməsə.
“O, Tramp ilə münasibətləri yaxşılaşdırmaq naminə Ukrayna ilə bağlı məqsədlərindən imtina etməyəcək”, – deyə Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi əməkdaşı Tatyana Stanovaya Kremlin daxili mənbələri ilə razılaşaraq bildirib.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlama verib:

"Rusiya çalışır ki, Ukraynanı tamamilə işğal etsin və Şərqi Avropanı nəzarətə götürsün. Təbii ki, ABŞ prezidenti Donald Tramp bu prosesdə vasitəçilik missiyasını yerinə yetirməyə cəhd edib, müəyyən atəşkəsin əldə olunmasına və bunun ardınca sülh danışıqlarının başlanmasına çalışıb. Lakin Rusiya tərəfi bu təşəbbüsləri qəbul etməyib. Tramp özü də bildirib ki, Rusiya səmimi və xoş niyyətlə danışsa da, Moskvanın əməli addımları tamamilə fərqlidir və o, müharibəni davam etdirmək niyyətindədir".
Politoloq Rusiyanın yalnız öz şərtləri qəbul edildiyi halda atəşkəsə razı ola biləcəyini bildirib:
"Moskvanın şərtlərinə Ukraynanın beş regionunun Rusiya ərazisi kimi tanınması daxildir. Həm Ukrayna, həm də ABŞ bu şərtləri qəbuledilməz sayır. ABŞ əsasən atəşkəsin əldə olunmasında maraqlıdır. Göründüyü kimi Vladimir Putin Trampın məqsədini Ukraynanın ərazi bütövlüyünü qorumaq kimi qiymətləndirir və bu da Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də Rusiya Trampın vasitəçilik təşəbbüsünü və şərtlərini qəbul etmədi.
Hazırda ABŞ Ukraynaya hərbi yardımları bərpa edib və gələcəkdə daha çox yardım göstərilməsi planlaşdırılır. Diplomatik təmaslar isə, hələlik, nəticəsiz qalıb və uğursuzluqla yekunlaşıb".
Ekspert sonda tərəflərdən birinin cəbhədə tam hərbi üstünlük əldə etmədiyi halda real sülh danışıqlarının baş tutmayacağını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət