Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi aerodromları vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyada iki aerodrom, yanacaq çənləri və digər obyektlərə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu Rusiyanın Saratov vilayətindəki Engels aerodromunda döyüş təyyarələrinin yerləşdiyi yerə uğurlu zərbələr endirib.

Ukraynanın digər hədəfi aviatankerlər və qırıcıların yerləşdiyi Ryazan vilayətindəki Diaqilev aerodromu olub.

Hava zərbələrinin endirildiyi ərazilərdə yanğın barədə məlumat var.

Həmçinin Saratov vilayətində yanacaq çənlərinin yerləşdiyi ərazilərə çoxsaylı zərbələr endirilib.

Ukrayna Müdafiə Qüvvələri Rusiya və işğal olunmuş ərazilərdə bir sıra mühüm hədəflərə də hücum edib. Xüsusilə, Kursk vilayəti ərazisində Rusiya ordusunun 72-ci motoatıcı diviziyasının 30-cu motoatıcı alayının maddi-texniki təchizatı məntəqəsi darmadağın edilib.