Ukrayna sağ göstərib, sol vurur! – “Rusiya hərbi elitasında fikir ayrılıqları...”
Yusif Nəzərli
13:27 12.09.2022
Dünya
634
“Düşünürəm ki, bir müddət sonra Rusiyanın daxilində də əhali ayağa qalxacaq”
Rus polkovni və generalın Ukraynada əsir düşməsi artıq Kreml ordusunda nizamsızlıqdan irəli gəlir”
“Bu mənada hesab edirəm ki, Ukraynanın xeyrinə çox ciddi nailiyyətlər əldə olunacaq"
"Ukrayna rəsmiləri may-aprel aylarında avqustun sonu, sentyabrın əvvəllərində əks-hücuma keçəcəklərini bildiriblər".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, hazırda da Ukraynada antiterror əməliyyatları davam edir:
"Bunu sübut edən əsas faktor ABŞ və müttəfiqlərinin Ukraynaya dəstəyidir. Rəsmi Kiyev özü də başa düşür ki, sadəcə qurbandır. Orada ölən insanlar, dağıntılar heç də rəsmi Vaşinqton və müttəfiqlərini düşündürmür. Sadəcə müharibənin davam etməsini və bu yolla Rusiyanın zəifləməyini istəyirlər. Savaşın müddəti uzandıqca rəsmi Moskva iqtisadi cəhətdən qüvvətdən düşür.
Digər tərəfdən iki slavyan xalqının arasında nifaq salır, Şərqi Avropaya sağalmaz yara vururlar. Eyni zamanda etnik həmrəyliyi pozurlar. Bundan başqa, son vaxtlar hər gün müxtəlif istiqamətlərdə - Xarkov, Kiyev vilayətləri və başqa şəhərlərdə partlayışlar olur. Bu, əslində Ukraynanın əks-hücuma başladığının təzahürüdür. Həmin partlayışların böyük əksəriyyətini rəsmi Kiyev ordusu həyata keçirir. Son vaxtlar Volodimir Zelenski, həmçinin onun komandası qərblə bağlı daha loyal bəyanatlar səsləndirirlər. Əvvəllər az qala hər gün Qərbin Ukraynanı aldatdığını, silah vermədiyini deyirdilər. Axır zamanlar bu kimi açıqlamaların sayı azalıb. Bu da onu göstərir ki, Qərb həqiqətən də Ukraynanı silahla təmin edir. Buna köməklik göstərir demək doğru olmaz. Sadəcə silah-sursat verdiyi kimi vuruşmağını da tələb edir. Amma rəsmi Kiyevin müharibəni dayandırmaq, danışıqlar masasına oturmaq şansı yoxdur. Çünki bu halda rəsmi Vaşinqton silah təminatını dayandıracaq".
K.Novruzovun qənaətincə, Ukraynanın başlatdığı antiterror əməliyyatları oktyabrın sonu, noyabrın əvvəllərindən etibarən çox ciddi ərazilərdə dönüş yaradacaq:
"Bu yaxınlarda Ukrayna bayrağının Luqanskda sancılması xəbəri yayıldı. Bu, Rusiya üçün mənəvi, psixoloji zərbədir. Çox güman ki eyni ssenari Donetskdə də təkrarlanacaq. Böyük ehtimalla Krım körpüsü vurulacaq. Beləliklə, rəsmi Moskva logistik baxımdan çox ciddi zərbə alacaq. Çoxları Ukraynanın Xarkov istiqamətindən hücuma keçəcəyini gözləmirdi. Rəsmi Kiyev sağ göstərib, sol vurmaqdadır. Nəticələrini də görürük. Artıq düşünürəm ki, bir müddət sonra Rusiyanın daxilində də əhali ayağa qalxacaq. Rəsmi Moskvanın hərbi elitasında da fikir ayrılıqları aydın şəkildə hiss olunur. Polkovnikinin, generalının Ukraynada əsir düşməsi artıq Kreml ordusunda nizamsızlıqdan irəli gəlir. Bu mənada hesab edirəm ki, Ukraynanın xeyrinə çox ciddi nailiyyətlər əldə olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region
Eyni gündə 6 əməliyyat etdirən qadın öldü
12:37 25.08.2026
Hadisə