Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri: “Rusiya 26 dövlətə parçalana bilər”
Yusif Nəzərli
09:46 13.10.2022
Dünya
538
“Rusiya Federasiyasını qaçılmaz süqut gözləyir. Onun yerində isə 26 yeni dövlət yaranacaq”.
Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri və general Nikolay Malomuj “Arqument” proqramının yeni buraxılışında bildirib.
O qeyd edib ki, Rusiyanın bəzi qərb və cənub bölgələri isə hətta Ukraynanın bir hissəsi olmaq istəyini ifadə edə bilər.
“Mən iki ssenarini nəzərdən keçirirəm. Dünya ölkələri müəyyən mərhələdə bu rejimə təzyiq göstərəcək, Putin uzaqlaşdırılacaq, Qərbin zəmanəti altında hansısa keçid hökuməti yaranacaq. Biz öz məqsədlərimizə tam nail olacağıq - Ukraynanı azad edəcəyik”, - deyə o qeyd edib.
Malomuj əlavə edib ki, Rusiya Federasiyasında keçid mərhələsinin olması ilə bağlı ilk növbədə Qərb israr edəcək.
“Gələcəkdə Rusiya Federasiyasının hansısa hissəsinin Moskvanın nəzarətində olacağını nəzərdə tuturuq. Bəzi respublikalar, məsələn, Tuva, Tatarıstan isə ayrılmağa hazırdır”, - deyə Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri bildirib.
O əmindir ki, Çeçenistanda və Qafqazda vəziyyət tamamilə fərqli olacaq. Dövlət icmalarının formalaşmasının yeni aydın modelləri olacaq və onlar öz milli iqtisadiyyatlarını və ənənələrini formalaşdıracaqlar.
Malomuj hesab edir ki, təxminən 26 respublika meydana çıxa bilər və onlardan bəziləri Ukraynaya qoşulmaq istəyə bilər. Bunlar Rusiyanın qərb və cənub bölgələridir.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil