Ukraynada ABŞ ilə faydalı qazıntılar üzrə layihə dayandırılıb

Ukraynada ABŞ şirkətlərinin iştirakı ilə faydalı qazıntıların işlənməsi üzrə razılaşmanın icrası müvəqqəti dayandırılıb.

Sherg.az xəbər verir ki, məlumata görə, Prezident Volodimir Zelenski administrasiyası ABŞ ilə imzalanmış sazişin həyata keçirilməsinin dayandırılması barədə göstəriş verib.

Bildirilir ki, son aylarda layihənin icrası faktiki olaraq irəliləmir və proses dayanma mərhələsinə keçib. Qərarın rəsmi səbəbi açıqlanmayıb.