- Kuleba: Ukrayna beynəlxalq dəstəyin maksimum həddinə çatıb
Ukrayna beynəlxalq dəstəyin maksimum həddinə çatıb və Qərbdən əlavə yardım gözləyə bilməz.
Sherg.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Novosti Live” YouTube kanalına müsahibəsində bildirib.
Kulebanın sözlərinə görə, hazırkı dəstək səviyyəsi mümkün olan maksimum həddir. O qeyd edib ki, Kiyevə yardım artıq genişmiqyaslı xarakter daşıyır və beş ildir davam edir. Lakin Avropadakı siyasi qeyri-sabitlik, aparıcı ölkələrin iqtisadi problemləri və ABŞ-ın Ukraynanı maliyyələşdirmək istəməməsi əlavə yardımlar üçün imkanları məhdudlaşdırır.
Kuleba Ukrayna hakimiyyətini xarici tərəfdaşlardan gözləntilərini daha real qiymətləndirməyə çağırıb.
Eks-nazir həmçinin bildirib ki, Ukrayna cəmiyyətində mövcud vəziyyətə görə narazılıq artıq pik həddə çatıb və onun proqnozuna görə, qışda bu narazılıq daha da artacaq.
Bundan əvvəl ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter də Ukraynanın qışa hazırlığı ilə bağlı tənqidi fikirlər səsləndirib. Onun sözlərinə görə, qarşıdakı qış ukraynalılar üçün “qaranlıq, soyuq və fəlakətli” ola bilər.