"“X”in baş direktoru istefa verib
17:27 09.07.2025
Dünya
384
“X” platformasının baş direktoru Linda Yakkarino vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə elə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İki inanılmaz ildən sonra mən “X” şirkətinin baş direktoru vəzifəsini tərk etmək qərarına gəldim. “X” komandası ilə inanılmaz dərəcədə qürur duyuram, biznesdə tarixi dönüş əlamətdar idi”, - paylaşımda deyilir.
O, postunu tərk etməsinin səbəblərini açıqlamayıb.
Qeyd edək ki, Yakkarino “X” şirkətinin baş direktoru vəzifəsini 2023-cü ilin mayında İlon Maskın sosial şəbəkəni satın almasından sonra tutub. Daha əvvəl isə o, Amerikanın “NBC Universal” mediakorporasiyasında satış direktoru olub.
Yeri gəlmişkən, İlon Mask hələlik baş direktorun istefasını şərh etməyib.
Qeyd edək ki, daha əvvəl KİV və X istifadəçiləri "Grok" çat-botunun Adolf Hitler haqqında müsbət fikirlər olan paylaşımlar etdiyini müşahidə edib. Jurnalistlər bunun modelin yeniləməsi ilə əlaqədar ola biləcəyini ehtimal ediblər. Tərtibatçılar "qəbuledilməz paylaşımları" sildiklərini və "Grok"un işini müvəqqəti olaraq məhdudlaşdırdıqlarını bildirib.
Bu gün isə Türkiyə rəsmiləri Prezident Ərdoğana qarşı təhqiramiz paylaşımlara görə "Grok"u bloklayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət