Yunanıstandan Almaniyaya 4 milyard avroluq sifariş
Yusif Nəzərli
10:13 18.10.2022
Dünya
532
2020-ci ildə Şərqi Aralıq dənizində Türkiyə ilə böhrandan sonra Yunanıstan hökumətinin başlatdığı silahlanma prosesində Fransa və ABŞ-dan sonra yeni ünvan Almaniyadır.
Almaniya kansleri Olaf Şoltsun 27 oktyabrda Yunanıstana səfəri zamanı təxminən 4 milyard avro dəyərində silahlanma proqramının və ya bu proqramın bir hissəsinin açıqlanması gözlənilir.
Yunanıstan mətbuatının məlumatına görə, silahlanma proqramına 205 ədəd yeni “Lynx KF-41” tipli zirehli döyüş maşınının alınması (bu texnikanın Şimali Yunanıstanda qurulacaq fabrikdə istehsal olunması planlaşdırılır), 190 ədəd “Leopard 1” tipli tankın modernləşdirilməsi, 183 ədəd “Leopard 2” tipli tankın modernləşdirilməsi, 4 ədəd “MEKO” tipli freqatın modernləşdirilməsi daxildir.
Hesablamalara görə, bunlar Yunanıstana 4 milyard avroya başa gələcək.
Yunanıstanın ABŞ-dan 20 ədəd “F-35” döyüş təyyarəsi alması üçün təmasları davam edir. Razılığa gəlinəcəyi təqdirdə, “F-35”lərin təxminən 3 milyard dollara başa gələcəyi və tədarükün 2028-ci ildə başlayacağı təxmin edilir.
Mənbə: Hürriyet
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya