Ukrayna Prezidenti Volodimir Zelenski "Sky News"-a müsahibəsində bildirib ki, döyüşlərin hazırkı cəbhə xətti üzrə dayandırılması müharibənin bitirilməsi üçün ən sürətli variant ola bilər.
Onun sözlərinə görə, Kiyev hərbi əməliyyatların dayandırılmasını dəstəkləyə bilər, lakin münaqişənin gələcəkdə yenidən başlamasını istisna edən yekun sülhün əldə olunmasını tələb edir.
Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin cəbhədəki vəziyyətin münaqişənin sona yaxınlaşdığını göstərdiyini bildirib.
Kreml sözçüsü Dmitri Peskov isə Moskva ilə Kiyev arasında danışıqların bərpa olunacağına ümid etdiyini qeyd edib.