Zelenski: “Minsk razılaşması boş kağız parçasıdır”
Yusif Nəzərli
05:44 12.09.2022
Dünya
485
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq fikrində olmadığını bildirib.
O qeyd edib ki, Rusiyanın strategiyası Ukraynanın bəzi hissələrini işğal etmək, danışıqlar və razılaşmalarla vaxt udmaq, güc qazanmaq və yeni işğallara başlamaqdır.
44 yaşlı siyasətçinin sözlərinə görə, hazırda Ukraynanın əsas məqsədi bütün işğal olunmuş ərazilərin geri qaytarılmasıdır.
“Bilirəm ki, bəzi dövlətlər bizi Minsk prosesinə yönəltməyə çalışacaqlar. Mən istəyirəm ki, hamı başa düşsün ki, bir var diplomatik həll, bir də var Minsk -2, -3, -5, -10. Bunlar fərqli şeylərdir. Çünki Minsk razılaşması boş kağız parçasıdır və Rusiyaya növbəti işğaldan əvvəl dincəlməyə imkan verəcək”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski həmçinin qeyd edib ki, o, hələlik Rusiya Federasiyasının konstruktiv dialoqa aparmaq istəyini görmür:
“Mən onların konstruktiv olmaq istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bu ultimatumları kimin irəli sürməsi məni maraqlandırmır - o (Vladimir Putini nəzərdə tutur) və ya başqası. Bu, mənim prinsipimdir: Mənə ultimatum verənlərlə danışmayacam”.
Mənbə: CNN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region
Eyni gündə 6 əməliyyat etdirən qadın öldü
12:37 25.08.2026
Hadisə