“Bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Drapatının istehsalçılarımızın yeni nəticələri ilə bağlı məruzəsi oldu: Rusiyanın reaktiv dronlarına qarşı daha bir vasitənin uğurlu sınağı keçirilib. Həmin sistemlə “Şahid” dronu uğurla vurulub”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Həmçinin gələcək hərbi əməliyyatlarımız və uzaqmənzilli vasitələrimiz barədə danışdıq. Müdafiə naziri Yevgeni Xmara və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı ilə birlikdə növbəti prioritet hədəfləri, bunun üçün lazım olan vasitələrin həcmini və hazırlıq tədbirlərini müəyyən etdik. Rusiyanın müharibə üçün əsas təşkil edən neft sənayesinə uzaqmənzilli zərbələrin nəticələri kifayət qədər əhəmiyyətlidir və məhz bu, diplomatiya üçün zəruri potensialı artırır”, - dövlət başçısı bildirib.