Zelenskidən İrlandiyaya: "Rusiyaya qarşı daha sərt sanksiyalar...”
Yusif Nəzərli
12:58 06.04.2022
Dünya
607
Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyadan Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək üçün Avropa İttifaqına təzyiq göstərməyi xahiş edib.
"Sherg.az" "CNN"ə istinadən xəbər veir ki, Dublin parlamentinə virtual müraciətində Zelenski Rusiya qoşunlarının etdiklərindən sonra hansısa qərarsızlığa dözə bilməz:
“Biz hələ də bəzi Avropa şirkətlərini Rusiya bazarını tərk etməyə inandırmalı olacağıq. Xarici siyasətçilərə izah etməliyik ki, Kreml banklarının qlobal maliyyə sistemi ilə istənilən əlaqələrini kəsməliyik. Qərbə başa salmalıyıq ki, rus nefti Moskva hərbi maşınını yeni maliyyə mənbələri ilə qidalandıra bilməz”.
Çərşənbə axşamı Avropa Komissiyası Rusiya iqtisadiyyatını daha da dərinləşdirmək məqsədi daşıyan beşinci sanksiyalar paketini təklif edib.
Təklif olunan tədbirlərə Rusiyadan ildə 4 milyard avro (4,3 milyard dollar) dəyərində kömür idxalına qadağa daxildir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə günü “Twitter”də bildirib ki, daha çox iş görülməlidir:
“Aİ-nin 5-ci sanksiya paketinin gücləndirilməsini yüksək qiymətləndirirəm. Lakin Putini dayandırmaq üçün qaz/neft embarqosu və bütün banklarının dayandırılması lazımdır. Çətin dövrlər çətin qərarlar tələb edir”.
Qeyd edək ki, İrlandiyanın xarici işlər naziri Simon Coveney açıqlama verib. O bildirib ki, Rusiyanın dörd yüksək rütbəli diplomatik zabitini beynəlxalq davranış standartlarına uyğun gəlmədiklərinə görə vəzifədən kənarlaşdırıb.
Şimal qonşumuzun İrlandiyadakı səfirliyi bu addımı pisləyərək, bunu "özbaşınalıq" və "əsassız" adlandırıb.
Kremlin İrlandiyadakı səfirliyi özünün Twitter hesabında bildirib ki, qovulmalar və Aİ-nin qoyduğu sanksiyalarda iştirak Rusiya-İrlandiya münasibətlərini daha da pisləşdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə