
Aİ-nin Cənubi Qafqaz regionuna özünəməxsus baxışı var -Politoloq
Yusif Nəzərli
13:20 12.03.2025
Cənubi Qafqaz
582
Qrononun müzakirələri Ankarada keçirməsi onun Türkiyəni Yaxın Şərqdə və Azərbaycan-Ermənistan münasibətlərində önəmli aktor, aparıcı qüvvələrdən biri kimi gördüyünü göstərir
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Cənubi Qafqazla bağlı müzakirələr aparıb.
O, bu barədə sosial media hesabında bildirib.
Maqdalena Qrono Ankaraya səfərini müsbət qiymətləndirib.
“Ankara səfərini müsbət yekunlaşdırdıq. Cənubi Qafqaz və regional mövzular, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Gürcüstandakı münaqişə ilə bağlı problemlər və Türkiyə-Ermənistanın normallaşması ilə bağlı açıq və konstruktiv mübadilələrə görə Türkiyədəki həmkarlarına minnətdaram”, - diplomat vurğulayıb.
O bildirib ki, səfər çərçivəsində həmçinin Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya və Aİ-yə fayda verə biləcək əlaqə və regional əməkdaşlıq imkanları müzakirə edilib: “Artan qlobal çağırışlar kontekstində regional sabitliyə, təhlükəsizliyə və davamlı sülhə doğru irəliləyiş üçün səyləri ikiqat artırmaq vacibdir”.
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz regionuna özünəməxsus baxışı var:

"Aİ istəsə, Ermənistan-Azərbaycan münasibətlərinə təsir edə biləcək bir qurumdur. Ən azından, Ermənistana "Bu məsələdə yanlışsan, çalış düzəlt" deyə biləcək potensiala malikdir. Azərbaycanın mövqeyi aydındır: sülh danışıqlarında uğurlu nəticə əldə edilməlidir. Çünki bunun alternativi artıq müharibə sayılır. Digər tərəfdən, Aİ-nin "mülki missiya" adı altında hərbçilərini Ermənistana göndərərək sərhəddə yerləşdirməsi sülh danışıqları prosesində suallar doğurur. Eyni zamanda, Maqdalena Qrononun müzakirələri Ankarada keçirməsi onun Türkiyəni Yaxın Şərqdə və Azərbaycan-Ermənistan münasibətlərində önəmli aktor, aparıcı qüvvələrdən biri kimi gördüyünü göstərir. Bu, müsbət haldır və indiyə qədər atılan addımların müəyyən nəticə verdiyini sübut edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya