Novella Cəfəroğlu çox ümidlidir: “Prezident yenə də humanist addım ataraq xəstə məhbusları əfv edəcək”
Yusif Nəzərli
06:02 18.04.2025
Sosial
687
Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının iclasları planlı şəkildə davam etdirilir. Növbəti iclas bir neçə gün öncə keçirildi və Əfv komissiyası üzvlərinin açıqlamalarına görə, toplantıda 100-ə yaxın müraciətə baxılıb. Növbəti Əfv fərmanının nə zaman imzalanacağına dair konkret tarix bildirilməsə də, bunun 28 May – Respublika Günü münasibətilə olacağına dair ehtimallar var. Nəzərə alsaq ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2025- ci il “Konstitusiya və Suverenlik İli” elan edilib, Əfv fərmanının may ayında imzalanacağına inam böyükdür. Sual yaradansa Əfv fərmanının kimlərə şamil olunacağıdır. Qeyd edək ki, bu günlərdə hüquq müdafiə təşkilatları rəhbərləri, ziyalılar, media təmsilçilərinin bir qrupu adından cənab Prezidentə müraciət edilib. Müraciətdə hazırda həbsdə olan və sağlıq durumu ağır qiymətləndirilən “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının xəstəliyi və ciddi müayinə və müalicəyə ehtiyacı olduğu nəzərə alınaraq azadlığa buraxılması xahiş olunur.
“Sherg.az"a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, xəstə, yaşlı məhbusların əfvi məsələsini daim gündəmdə saxlayırlar:
- Əvəz Zeynallı, Tofiq Yaqublunun da səhhətində ciddi problemlər var. Ağır xəstə məhbusların cəzaçəkmə müəssisəsi daxilində müalicəsi mümkün deyil. Onlar kliniki şəraitdə müayinə və müalicə olunmalıdır. Biz həmişə xəstə məhbusların azadlığa buraxılması məsələsini gündəmdə saxlayırıq, tərəfimizdən tərtib olunan siyahılarda da onların adını ilk sıralarda qeyd edirik. Həbsxanalarda yaşı ötmüş, epilepsiya xəstəsi, serebral iflic, ağır şəkər xəstəsi, xərçəng xəstəsi olan məhbuslar var. Yaxşı olardı ki, bu cür məhbuslar Əfv fərmanı ilə vaxtından əvvəl azadlığa buraxılsınlar. Bu məhbuslar tez azad edilsə yaxşıdır.
N.Cəfəroğlu qeyd etdi ki, indiyədək də istər Əfv, istərsə də Amnistiya Aktı ilə bağlı müraciətlərdə yaşlı, xəstə məhbusların adlarını daim tərtib etdikləri və təqdim olunan siyahılara daxil ediblər:
- Əfv siyahısına biz siyasi motivlə tutulanları, “OMON”çuları, dindarları ayrı yazırıq, xəstə və yaşlı məhbusların adlarını da ayrıca yazırıq. Hansısa məhbusun cəzasının 2-3 il çəkilməyən hissəsi qalıbsa, cəzasının yarıdan çox hissəsini çəkibsə, onların da adlarını qeyd edirik. Təklif edirik ki, bu şəxslər amnistiyaya salınsın. Təklif edirik ki, saxlanılan, həbsdə olan jurnalistlər, blogerlər, siyasi motivlə həbs olunanlar buraxılsın. Və bu, milli barışığa səbəb olsun. İnanıram ki, cənab Prezident öz müstəsna səlahiyyətlərindən istifadə edərək, yenə də humanist addım ataraq xəstə məhbusları əfv edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz