
Azərbaycan trilyon dollarlıq kapital idarə edən nəhənglərin radarında -AÇIQLAMA
12:54 23.09.2025
İqtisadiyyat
560
Qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər və artan geosiyasi risklər fonunda maliyyə ehtiyatlarının düzgün və məqsədyönlü idarə olunması ölkələrin iqtisadi sabitliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu şəraitdə beynəlxalq təcrübəyə malik investisiya şirkətləri ilə əməkdaşlıq, kapitalın qorunması və artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycanın strateji maliyyə resurslarının səmərəli yerləşdirilməsi də məhz bu yanaşma çərçivəsində həyata keçirilir.
Bu məqsədlə Prezident İlham Əliyev dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker, eləcə də “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşlər keçirib. Qeyd olunan üç şirkət qlobal maliyyə sektorunun aparıcı oyunçuları sayılır və həmin görüşlər də məhz həmin şirkətlərin təşəbbüsü əsasında baş tutub.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev Sherg.az-a açıqlamasında bu şirkətlərin əksəriyyətinin həm dünya qiymətli kağızlar bazarında, həm də müxtəlif vəsaitlərin idarə olunması baxımından özəl müəssisələr olduğunu qeyd edib:

"Həmin şirkətlərlə görüşlərin əsas məqsədlərindən biri Azərbaycanın ehtiyatlarının, o cümlədən Dövlət Neft Fondunun vəsaitlərinin xarici kapital bazarlarında və ya müxtəlif şirkətlərdə pay almaq-səhmdar olmaq formasında yerləşdirilməsidir. Bu, həm portfel investisiyaları, həm də birbaşa investisiyalar yolu ilə əməkdaşlıq imkanlarının müzakirəsidir. Son dövrlərdə qlobal miqyasda baş verən siyasi proseslər istər-istəməz, iqtisadi məsələlərə də təsir göstərir. Eyni zamanda kapitalın səmərəli və düzgün idarə olunması məsələsi ön plana çıxır. Xüsusilə də Azərbaycan Dövlət Neft Fondunun ehtiyatlarının effektiv şəkildə idarə olunması bu kontekstdə mühüm əhəmiyyət daşıyır".
İqtisadçı belə bir şəraitdə daha gəlirli və sərfəli sahələrə vəsaitlərin yönəldilməsinin, eyni zamanda daha az riskli və perspektivli maliyyə alətlərinə investisiya yatırılmasının vacib amillərdən biri kimi çıxış etdiyini söyləyib:
"Bu məqsədlə beynəlxalq səviyyədə tanınmış, böyük kapital idarəetmə imkanlarına malik şirkətlərlə əməkdaşlıq həyata keçirilir. Məsələn, təkcə “Brookfield Asset Management” şirkətinin idarə etdiyi aktivlərin həcmi təxminən 1 trilyon ABŞ dollarına yaxındır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual