
Bolluq var, amma vətəndaş meyvə ala bilmir -AÇIQLAMA
Yusif Nəzərli
02:00 24.09.2025
İqtisadiyyat
712
İqtisadçı deyir ki, problemin səbəbini aydınlaşdırmaq üçün bazarın özü təhlil edilməlidir
“Subsidiyalar hansı məqsədlər üçün ayrılır, məbləğ nə qədərdir, bunlar açıq olmalıdır”
"Biz meyvə-tərəvəz ixracatçısıyıq. Yalnız bu il meyvə və tərəvəz ixracında artım 44 faiz təşkil edib. Bağlara sərmayə qoyan fermerləri dəstəkləməyə çalışırıq və müxtəlif dəstək proqramlarını həyata keçiririk". Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib. “Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, texnikası, suvarma sistemləri tamamilə gömrük rüsumlarından azaddır və əlavə dəyər vergisinə cəlb olunmur. Bu isə kənd təsərrüfatına investisiya qoyuluşunu olduqca cəlbedici edir. Fermerlər və investorlar ilkin olaraq 20 faiz ödəniş edirlər. Texnika, avadanlıq və suvarma sistemlərinin 40 faizi dövlət tərəfindən subsidiya olunur, qalan 40 faizi isə faizsiz kreditlə təmin edilir", - nazir qeyd edib.
Nazir deyir ki, meyvə-tərəvəz ixracatçısıyıq. Meyvə-tərəvəz ixracatında artım olub, bağçılıq-meyvəçiliklə məşğul olan fermerlərə dəstək verilir, bir sıra kənd təsərrüfatı avadanlıqlarının ölkəyə gətirilməsi gömrük rüsumundan azaddır. Belədirsə, niyə vətəndaşlar “bu yay meyvəyə həsrət qaldıq”, deyir? Meyvə bol idi, buna sözümüz yox. Amma vətəndaş ala bilmirdi, çünki baha idi. Meyvə-tərəvəz ixraca daha çox yönəldiyi üçünmü baha oldu, yoxsa başqa səbəblər var?
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında səbəblərdən danışdı:

- Tərəvəz baxımından qiymətlər, bəli, ucuz idi. Xüsusən pomidorun qiymətində bu özünü göstərirdi. Bunu vətəndaş da hiss etdi. Amma meyvələrin qiyməti həqiqətən baha idi. Bolluq olsa da, qiymətlər sadə vətəndaşın büdcəsinə uyğun deyildi. Baxaq, dövlət tərəfindən hansı addımlar atılır. Dəstək proqramlarının həyata keçirildiyi deyilir, subsidiyalar, kreditlər ayrılır. Amma niyə belə vəziyyət yaranır? Hesab edirəm ki, problemin səbəbini aydınlaşdırmaq üçün bazarın özü təhlil edilməlidir. Bazar təhlil edildikdən sonra nəticələrə müvafiq planlı işlər görülməlidir. Çatışmazlıqlar aradan qaldırılmalıdır. Bunun üçün hansı alətlərdən istifadə olunacağı bilinməlidir. Düzgün təhlil aparılsa, vəziyyət normallaşar, qiymətlər minimum həddə çatar. Nazirin qeyd etdiyi kimi müəyyən addımlar atılır. Amma vətəndaş yaranmış bu bolluqdan istifadə edə bilmir, yararlana bilmir. Təkcə paytaxt bazarlarında deyil, regionlarda da təhlillər aparılmalıdır. Əgər müəyyən güzəştlər olunursa, suvarmada problem yoxdursa, kreditləşmə birbaşa fermerə çatırsa, bu məsələdə fermerə mane olanlar yoxdursa, o zaman niyə belə vəziyyət yaranır? Biz dəfələrlə bildirmişik ki, subsidiyalar açıq olmalıdır. Subsidiyalar hansı məqsədlər üçün ayrılır, məbləğ nə qədərdir, bunlar açıq olmalıdır. Əgər bu məsələdə də problem yaşanmırsa, o halda məsələnin digər tərəfi suvarma məsələsində fermerin ehtiyaclarının hansı dərəcədə təmin olunmasına baxılmalıdır. Çünki bir çox hallarda kəndlilər məhz suvarmadan narazılıq edirlər. Suvarma prosesi necə qurulub, fermer, kəndli bağını, bostanını vaxtlı-vaxtında suvara bilirmi? Güzəştlər qanunvericilikdə əksini tapıb. Lakin bununla iş bitmir. Qanunvericilik yerlərdə real təcəssümünü tapırmı, buna baxılmalıdır.
R.Qarayev qiymətlərə inflyasiyanın da təsir göstərdiyini bildirdi:
- Bütün bu məsələlərdən savayı, inflyasiyanı da nəzərə almalıyıq. Deyilənə görə, inflyasiya 5-6 faizdir, amma hər nə qədər kiçik olsa da, yenə də öz təsirini göstərir. Real olaraq görünür ki, ölkədə inflyasiya gedir. Bu səbəbdən xaricdən gələn məhsulların qiyməti artır. Gömrük rüsumundan azad olsa da müəyyən məhsullar, satıcılar öz yaşayış səviyyələrini yaxşılaşdırmaq üçün qiymət siyasətində şəxsi maraqlarından çıxış edirlər. Çünki onların da xərci artır. Bunlar bir-biriylə zəncirvari bağlı problemlərdir. Prosesin qarşısını almaq, qabaqlayıcı tədbirlərin görülməsi üçün planlı iş aparılmalıdır. Belə olarsa, kəskin qiymət artımı müşahidə edilməz. Böyük əhali qruplarına meyvə-tərəvəzin alınmasında əlçatanlıq təmin edilmiş olar.
Oxşar xəbərlər
Sahil Babayev:"2027-ci ilin büdcə zərfində sosial islahatlar üçün ehtiyat vəsait nəzərdə tutulub"
15:10 04.11.2026
Nazir: Siyasi partiyalara büdcədən ayrılan vəsaitin artırılması müzakirə edilə bilər
14:07 04.11.2026
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat