
Parlamentari: Gürcüstan soydaşlarımızı dilinə görə təhqir edə bilməz
Yusif Nəzərli
07:48 26.09.2025
Cəmiyyət
747
Azərbaycan modelini örnək götürsünlər
Hökumət unutmamalıdır ki, azərbaycanlılar miqrant deyil, ölkənin vətəndaşlarıdır
Tbilisidə milli zəmində insidentin baş verdiyinə dair sosial şəbəkə hesablarında videogörüntülər yayılıb. Görüntülərdə bir kişinin silahla kiməsə hədə-qorxu gəldiyi əks olunub. İddia olunur ki, həmin şəxs kafedə çalışan Bolnisidən olan azərbaycanlı gəncə gürcü dilini bilməməsini irad tutub, çantasından silahı çıxararaq onu hədələyib. Gürcüstanın Daxili İşlər Nazirliyindən yerli “Formula” telekanalına silahla hədə-qorxu gələn şəxsin saxlanıldığı bildirilib. İnsidentin digər təfərrüatı hələ açıqlanmır. Məlumatlara görə, bir neçə gün əvvəl azərbaycanlıların əzəli yurd yerlərindən biri olan Marneulidə Mamuka Qiqani adlı şəxs şirniyyat mağazasının əməkdaşı Orxan Piriyevə gürcü dilində danışmadığına görə şillə vurub. M.Qiqani saxlanılıb və faktla bağlı yeniyetməyə qarşı zorakılıq faktı ilə bağlı istintaq aparılır. Törədilmiş cinayət əməli 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Rusiyada azərbaycanlı və digər millətlərdən olan miqrantlara qarşı irqçi ayrı-seçkilik azmış kimi qonşu Gürcüstanda da oxşar halların baş verməsi ciddi siqnaldır. Xatırladaq ki, Orta Asiya respublikalarından olan miqrantlara Rusiyanın müxtəlif şəhərlərində təzyiqlərin, hücumların olması son zamanlar geniş hal alıb. Taksi sürücüsü olan özbəyin rus tərəfindən döyülməsini əks etdirən video sosial şəbəkələrdə yayılmışdı. Ana dilinə hörmət etmək müsbətdir, lakin bu, digər millətə mənsub şəxsdən tələb səviyyəsində, aqressiv şəkildə qətiyyən olmamalıdır. Üstəlik, qeyri-millətə mənsub şəxs həmin ölkənin yerli sakinidirsə. Və bu hal sadəcə ictimai bir yerdə yaşanırsa.
Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirdi ki, Gürcüstanda baş vermiş hadisə çox üzücü haldır. Məişət səviyyəsində bu kimi hallar varsa, yaşanırsa, Gürcüstanın aidiyyətli dövlət orqanları vəziyyəti xüsusi nəzarətə götürməli, yerli sakinlərə təzyiqlərin qarşısını almalıdırlar:

- Gürcüstan cəmiyyətində anti-Rusiya meyillərinin güclü olması bəllidir, lakin kiməsə haqq vermir ki, qeyri-dildə danışan şəxslərə hücum olsun, onlar aşağılansın, təhqir edilsin. Bizim soydaşımız, deyilənə görə, məhz rus dilində cavab verdiyi üçün fiziki təzyiqə məruz qalıb. Bu, yolverilməzdir. Gürcüstan cəmiyyətində son illərdə ingilisdilli danışıq geniş yayılıb, amma yenə də bu, bir məcburiyyət halına gətirilə bilməz. Hamıdan, hər kəsdən ingilis dilində, yaxud da gürcü dilində danışıq tələbi qəbuledilməzdir. Zatən rəsmi dövlət dili gürcü dilidir də idarələrdə, rəsmi orqanlarda dövlət dilində biliklər, danışıq zərurəti var. İctimai məkanlarda isə insanlara, Gürcüstan vətəndaşlarına dil fərqi tətbit etmək, seçim qarşısında qoymaq yanlışdır. Xüsusən də əgər bu insanlar yerli sakinlərdirsə. Marneuli əsrlərlə azərbaycanlıların yaşadığı tarixi torpaqlardır. Bir azərbaycanlını “sən niyə gürcü dilində danışmırsan?” deyə təhqir etmək, fiziki zor tətbiq etmək nə mehriban qonşuluq münasibətlərinə sığır, nə də beynəlxalq hüquqa.
A.Allahverənov qeyd etdi ki, Gürcüstana güclü turist axını var. Bunu nəzərdə saxlayıb tolerant mühitin formalaşmasına çalışmalıdırlar:
- Azərbaycan modelini örnək alsınlar. İndiyədək Azərbaycanda kiməsə niyə bu dildə danışmırsan, deyilməyib, ölkəmizdəki tolerant mühit, xalqlara, millətlərə sayğıyla yanaşmaq ənənəsi həqiqətən dünyaya örnək olacaq səviyyədədir. Rusiyada miqrantlara necə sərt münasibət göstərildiyini görürük. Azərbaycanlılara, Orta Asiya türklərinə. Məlumdur ki, bu təzyiqlərin əsasında daha çox siyasi məqsədlər dayanır. Amma müəyyən dərəcədə irqçiliyin olduğu da danılımazdır. Avropada da irqçilik meyilləri müşahidə edilir. Ümumiyyətlə, dünyada miqrantlara qarşı neqativ hallar geniş hal almaqdadır. Siyasi səbəblərdən cəmiyyət içində yaranan narahatlıqları da miqrantlara yönləndirib, onlarla əlaqələndirməyə çalışırlar. Avropa cəmiyyətlərində biz bunu açıq-aşkar görürük. Bütün bunlarla yanaşı, Gürcüstan hökuməti unutmamalıdır ki, azərbaycanlılar miqrant deyil, ölkənin vətəndaşlarıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət