
Adil Qeybulla: “Sığorta sistemində vətəndaşla dövlət məsuliyyəti bölüşdürülməlidir”
10:35 05.11.2025
Sosial
484
“Vəsait azalmayıb, sadəcə, proporsiyalar dəyişib”
Təcili yardım, doğuş və nadir xəstəliklər mütləq sığortaya daxil edilməlidir
Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 65,6 milyon manat vəsait yönəldiləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, Milli Onkologiya Mərkəzi üçün 64,1 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur. Növbəti il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə isə ümumilikdə 274,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə 50,4 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 9,4 milyon manat, qanköçürmə üzrə tibbi xidmətlərin göstərilməsinə 3,0 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılması üçün 2,7 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 157,7 milyon manat və sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitarepidemioloji tədbirlər üçün 51,3 milyon manat vəsait yönəldiləcəkdir.
Qeyd edək ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsinin zəruriliyi indiyədək çox səsləndirilib, parlamentdə müzakirələr zamanı bu məsələ gündəmə gətirilib. Növbəti ildə onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzi üçün 64,1 milyon manat, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçünsə 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsaitin yönəldiləcəyi bu xəstəlikdən əziyyət çəkənlər üçün sevindirici xəbərdir. Sual doğuran budur ki, həmin vəsait xəstəliyin müalicəsi və dərman preparatları ilə təminat üçün yetərlidirmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında qeyd etdi ki, səhiyyə xidmətlərinin ödənilməsi üçün proporsiyalar nisbətən azalsa da, əslində, bu ötənilki parametrlərə uyğun azalmadır:

- Bütövlükdə isə ayrılan vəsaitdə azalma yoxdur. Rəqəmlərə diqqət etdim, sadəcə, icbari tibbi sığortaya ayrılan xərclərin azaldılması tendensiyası var. Biz nə etməliyik? Xüsusi vacib sahələr ki var, məsələn, təcili və təxirəsalınmaz tibbi yardım, doğuş, nadir xəstəliklər, bunlar icbari tibbi sığortaya mütləq daxil edilməlidir. Bu, birmənalıdır. Amma digər çoxsaylı müəyyən xəstəliklər ki var, onların müalicəsi vətəndaşla dövlət arasında bölünə bilər. Yəni hansısa formada bu vəsaiti optimal xərcləməklə effektiv icbari tibbi sığorta sistemi yaratmaq mümkündür.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual