Bu ölkədə “eşşək qanunu” müzakirələrə səbəb oldu
Yusif Nəzərli
19:18 08.06.2025
Ekologiya
363
İsveçrənin Jura Kantonu parlamenti 2023-cü ilin sonunda sürülərin qorunmasında eşşəklərin istifadəsinə icazə verilməsini nəzərdə tutan təklifi qəbul etmişdi. Lakin Federal Qida Təhlükəsizliyi və Baytarlıq İdarəsi (OSAV) bu təklifi araşdıraraq mövcud qanunvericiliyə uyğun olmadığını bildirib.
Sherg.az xəbər verir ki, mövcud qaydalara görə, at, eşşək və oxşar heyvanların təkbaşına saxlanılması qadağandır. Halbuki eşşəklərin sürüləri qoruya bilməsi üçün təkbaşına olması vacibdir. Buna görə də, sürü qorumasında eşşək istifadəsi qadağan olunacaq.
Hökumət, yerli miqyasda tətbiqin müəyyən fayda göstərməsinə baxmayaraq, qanuni əsasın olmadığı üçün layihədən imtina edilməli olduğunu açıqlayıb. Araşdırmalara görə, bura gətirilən eşşəklər nəmli iqlimə uyğunlaşa bilmir, xüsusi yem və təzə suya ehtiyac duyur.
Üstəlik, elmi cəhətdən eşşəklərin yırtıcılara qarşı təsirli müdafiə vasitəsi olduğu sübut edilməyib.
Eşşəklər, Şimali Amerika, Avstraliya və bəzi Avropa ölkələrində sürülərin qorunmasında istifadə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə