Ermənistan iyunun 27-dək Qara dəniz siklonunun təsiri altında olacaq.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan Hidrometeorologiya Mərkəzinin direktor müavini Qaqik Surenyan məlumat verib.
Onun sözlərinə görə, iyunun 24-ü və 27-də siklon daha fəal olacaq. Respublikanın əksər bölgələrində əsasən axşam və gecə saatlarında şimşək çaxması, leysan yağışları, bəzi ərazilərdə isə dolu gözlənilir. Soyuq hava kütlələrinin təsiri nəticəsində gündüz temperaturu 4-5 dərəcə aşağı düşəcək.
Mütəxəssis bildirib ki, iyunun 28-dən etibarən siklonun təsiri zəifləyəcək, yağıntılar müvəqqəti dayanacaq və ayın sonuna doğru temperatur yenidən 2-4 dərəcə yüksələcək.
Qaqik Surenyanın sözlərinə görə, iyul ayında orta temperatur iqlim normasına uyğun olacaq, lakin yağıntıların miqdarı normadan çox gözlənilir. O qeyd edib ki, iyul ümumilikdə çox isti keçməyəcək və nisbətən rütubətli olacaq. Bununla belə, ayın son ongünlüyündə bəzi günlərdə temperaturun +38...+40 dərəcəyə çatması istisna edilmir.