Son xəbərlər

İran ABŞ-ı xəbərdar etdi: “Havada və dənizdə addımımızı gözləsin”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi ABŞ-ın ölkəsinə tətbiq etdiyi dəniz blokadasına münasibət bildirib.

Sherg.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Musəvi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İrana qarşı tətbiq olunan heç bir blokada xalqın müdafiə iradəsini qıra bilməz və bu cür tədbirlər daimi ola bilməz.

“Düşmən havada və dənizdə addımımızı gözləsin”, - deyə general vurğulayıb.

O, blokadanın yarılmasının İran üçün qəti vəzifə olduğunu, bu istiqamətdə qətiyyətli olduqlarını qeyd edib.