Son xəbərlər

Ermənistanda yeni Konstitusiya layihəsi həbsxanada Köçəryana təqdim edildi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan yeni Konstitusiya layihəsi ilə tanış olmaq imkanı əldə edib.

Sherg.az xəbər verir ki, sənəd bu gün Ermənistanın Cəzaçəkmə Müəssisələri Xidməti vasitəsilə Köçəryana çatdırılıb. Bu barədə onun ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.

Onun sözlərinə görə, bundan əvvəl sənədin həbsxanaya daxil olmasına formatla bağlı səbəblərdən icazə verilməmişdi.

Mikoyan yaxın günlərdə Köçəryanın yeni Konstitusiya layihəsi ilə bağlı mövqeyinin açıqlanacağını bildirib.

Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi Azərbaycanla sülh sazişinin imzalanması kontekstində də müzakirə olunur. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasındakı ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.