İspaniyada anomal istilər 5 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada bu yay ekstremal isti hava səbəbindən ən azı 5030 nəfər həyatını itirib. Bu, 2015-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir.

Sherg.az xəbər verir ki, məlumatlara görə, 2026-cı ilin ilk yarısı son 65 ilin ən isti dövrü olub. İyul ayı isə 1961-ci ildən bəri ən isti və quraq ay kimi qeydə alınıb. Bəzi bölgələrdə temperatur 45°C-ni keçib, gecələr isə 25°C-dən aşağı düşməyib.

İsti hava xüsusilə yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün ciddi təhlükə yaradıb.