- Rəsmilər sel, subasma, güclü külək və nəqliyyatda yarana biləcək problemlərlə bağlı vətəndaşları ehtiyatlı olmağa çağırıblar
İstanbul Valiliyi və AKOM iyulun 22-dən etibarən şəhərdə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Sherg.az xəbər verir ki, məlumata görə, Balkanlardan gələn sərin və yağışlı hava kütləsinin təsiri ilə temperatur 8 dərəcəyədək aşağı düşəcək. İyulun 22-26-sı tarixlərində şəhər üzrə fasilələrlə leysan və şimşəkli yağışlar gözlənilir.
Rəsmilər sel, subasma, güclü külək və nəqliyyatda yarana biləcək problemlərlə bağlı vətəndaşları ehtiyatlı olmağa çağırıblar. Temperaturun həftənin sonundan etibarən mövsüm normasından 2-4 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır.