Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a bildirilib ki, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və qızmar temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Gündüz saatlarında günəşdən qorunmaq məsləhət olunur.