İyunun 5-i axşam başlayan G2 səviyyəli maqnit qasırğası artıq sona çatıb.
Sherg.az xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, qasırğa proqnozlaşdırıldığından təxminən bir gün gec başlayıb və pik həddinə Moskva vaxtı ilə saat 18:00-21:00 arasında çatıb. Həmin vaxt intensivlik orta G2 səviyyəsini keçsə də, güclü G3 səviyyəsinə yüksəlməyib.
Mütəxəssis bildirib ki, iyunun 6-sı günün birinci yarısında geomaqnit sahəsində zəif pozuntular müşahidə oluna bilər. Bundan sonra isə Yerin maqnitosferinin sakit vəziyyətə keçəcəyi gözlənilir.