1998-dən sonra bir ilk yaşandı, ulduz futbolçu o zaman hələ doğulmamışdı

2026-cı il Dünya Kuboku üzrə Avropa seçmə mərhələsinin I qrupunun 8-ci turunda İtaliya, Norveçi qəbul edib.

Guiseppe Meazza Stadionunda keçirilən oyunun 11-ci dəqiqəsində İtaliya Esposito ilə hesabı açıb.

Norveç 63-cü dəqiqədə Nusa ilə cavab verib və super ulduz Erling Haaland səhnəyə çıxıb.

Haalandın 78-ci dəqiqədə vurduğu qollarla hesab 3:1 olub, oyuna son nöqtəni isə 90+3-cü dəqiqədə Larsen qoyub. Norveç qarşılaşmanı 4:1 qazanıb.

Qrupdakı bütün oyunlarını qazanan Norveç xallarını 24-ə çatdıraraq lider olub və Dünya Kubokuna vəsiqəni təmin edib.

Norveç, 1998-ci ildən bəri ilk dəfə turnirdə iştirak edəcək.

İtaliya isə 18 xalla qrupu ikinci yerdə bitirib və pley-off mərhələsinə yüksəlib.

Norveçin son dəfə Dünya Kubokunda iştirak etdiyi vaxt dünyada olmayan, 2000-ci il təvəllüdlü ulduz hücumçu karyerasında ilk dəfə Dünya Kuboku həyəcanı yaşayacaq.

Bu nəticələrlə qrup lideri olan Xorvatiya, İngiltərə, Fransa, Portuqaliya və Norveç Dünya Kubokuna vəsiqə qazanıb.

Qruplarını ikinci bitirən Albaniya, Çexiya, Ukrayna, İrlandiya Respublikası və İtaliya isə pley-off oynayacaq.

Alınan nəticələr belədir:

D qrupu:

Azerbaycan – Fransa: 1–3

Ukrayna – İslandiya: 2–0

F qrupu:

Macarıstan – İrlandiya Respublikası: 2–3

Portuqaliya – Ermənistan: 9–1

I qrupu:

İtaliya – Norveç: 1–4

İsrail – Moldova: 4–1

K qrupu:

Serbiya – Latviya: 2–1

Albaniya – İngiltərə: 0–2