5 uşaqlı ailələrlə 7 uşağı olan valideyn eyni güzəştə sahibdir - DEPUTAT
5 uşaqlı ailələrlə 7 uşağı olan valideyn eyni güzəştə sahibdir - DEPUTAT
Yusif Nəzərli
01:06 08.04.2025
Sosial
450
Millət vəkili Vüqar Bayramov uşaqların sayına görə anaların daha tez pensiyaya çıxmasını təklif edib
"Çoxuşaqlı ailələrlə bağlı məsələ tez-tez müzakirə mövzusu olur". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, çoxuşaqlı ailə anlayışına baxılmalıdır: “Biz bütövlükdə demoqrafik inkişaf haqqında dövlət proqramının qəbulu ilə bağlı düşünməli və hökumətə təkliflərimizi verməliyik. Təbii artım aşağı düşüb. Bundan əvvəl ilə 150-160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 minə enib. Buna görə də çoxuşaqlı ailələrlə bağlı 5 və daha çox uşaq məsələsinə yenidən baxmaq, yəni çoxuşaqlı ailə anlayışında sayı aşağı salmaq barədə düşünmək olar”.
Millət vəkili Vüqar Bayramov uşaqların sayına görə anaların daha tez pensiyaya çıxmasını təklif edib. Deputat vurğulayıb ki, 5 uşaqlı ailələrlə 7 uşağı olan valideyn eyni güzəştə sahibdir:
"Təklif edirəm ki, uşaqların sayına görə analar daha tez pensiyaya çıxsın. Uşaqların sayına uyğun olaraq pensiya yaşı müəyyən ola bilər. Bu da təbii artıma kömək edəcək".
Vüqar Bayramov əlavə edib ki, güzəştli şərtlərlə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədəuyğun olardı:
"Bu gün müzakirə etdiyimiz “Əmək pensiyaları haqqında" Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanlar 5 il daha tez pensiyaya çıxırlar. Müzakirə etdiyimiz dəyişikliklər ilə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olan ilə 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki, uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox azaldılması daha məqsədəuyğun olardı. Daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya