XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
17:49 06.07.2025
Siyasət
324
3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Sherg.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.
İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib.
Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.
Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.
Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.
İƏT regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib.
Kommünikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.
Sənəddə “İƏT Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.
Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.
Xankəndi Kommünikesi ilə aşağıdakı internet keçiddə tanış olmaq mümkündür:
https://eco.int/wp-content/uploads/2025/07/5-065-25-1.pdf
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya