Ərdoğandan Özgür Özələ sərt reaksiya: “Kar eşitməz, uydurur"
Yusif Nəzərli
10:25 21.09.2025
Gündəm
423
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a səfər etməzdən əvvəl açıqlama verib. O, CHP sədri Özgür Özəlin “Trampın oğlu ilə bazarlıq” iddialarına cavab olaraq “Kar eşitməz, uydurur. Bu adam da daim uydurur. Biz təyyarə alımağı Özgür Özələ soraraq etməmişik, etmərik də.” deyib.
Sherg.az xəbər verir ki, Ərdoğan Nyu-Yorkda 23 sentyabrda BMT-də çıxış edəcəyini, orada Qəzzədə baş verən faciəni, Türkiyənin bölgədəki sülh səylərini, Şimali Kiprdəki türklərin hüquqlarını gündəmə gətirəcəyini bildirib. O, “Dünya 5-dən böyükdür” ifadəsini təkrarlayaraq BMT-də islahatlara ehtiyac olduğunu vurğulayıb.
Prezident səfər çərçivəsində Tramp ilə 25 sentyabrda görüşəcəklərini, ticari və hərbi mövzuları, o cümlədən Boeing təyyarələri, F-16 və F-35 məsələlərini müzakirə edəcəklərini açıqlayıb.
Müdafiə naziri Yaşar Gülerin sözlərinə görə, Türkiyə 40 F-16 Block 70 təyyarəsi üçün ödəniş edib, F-35-lərin alınması üçün isə ABŞ-la danışıqlar davam edir. Türk Hava Yolları "Boeinq"-dən 300 təyyarə almağı planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat