Səfir: Gürcüstanın 2030-cu ildə belə Aİ-yə üzvlüyü mümkünsüz görünür
19:23 04.11.2025
Siyasət
446
Gürcüstan nə 2030-cu ildə, nə də daha sonra Avropa İttifaqına (Aİ) üzvlüyə aparan yolda addımlamır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenski keçirdiyi brifinqdə 2030-cu ildə ölkənin ittifaqa üzv olmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib.
O bildirib ki, nə qədər ki, Gürcüstanda fundamental hüquq və azadlıqlar baxımından geriləmə var, ölkə Aİ-yə üzv olmayacaq.
Səfir Aİ-nin vəziyyəti dəyişmək üçün Gürcüstan hakimiyyəti ilə işləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Herçenski bu gün Aİ-nin genişlənməyə dair hesabatını Gürcüstanın xarici işlər nazirinin müavini Giorgi Zurabaşviliyə təqdim edib.
Xatırladaq ki, Gürcüstan hökuməti ədalətli yanaşmanın olacağı halda ölkənin 2030-cu ildə Aİ-yə üzvlüyə daha hazırlıqlı olacağını bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya