Şoyqu: Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi bir-birləri ilə rəqabət aparmayacaq
15:39 05.11.2025
Siyasət
352
Zəngəzur dəhlizi və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bir-birləri ilə rəqabət aparmayacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasından sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanı onun öz rayonları ilə birləşdirmək üçün lazımdır: “Hesab edirəm ki, hər iki yolun yalnız mövcud olmaq hüququ yoxdur, həm də Azərbaycanı onun öz rayonları ilə birləşdirmək və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizləri yaratmaq lazımdır”.
Şoyqu xatırladıb ki, Şimal-Cənub Dəhlizi cənubun dərinliklərindəki limanları Şimal Buzlu Okeanı və Şimal Dəniz Yolu ilə birləşdirir: "Mən burada heç bir pis şey və heç bir rəqabət görmürəm”.
O, Rusiyanın yüksək inkişaf etmiş nəqliyyat şəbəkəsinə malik geniş bir ölkə olduğunu və istənilən yolun həmişə yaxşı bir şey olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət