DÇ-2026-nın seçmə mərhələsinin son turunda keçiriləcək Azərbaycan - Fransa oyunu üçün komandaların start heyətləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, yığmalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşə aşağıdakı tərkibdə çıxacaq:
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Abdulla Xaybullayev, Anton Krivotsyuk, Ceyhun Nuriyev, Qismət Alıyev, Xəyal Əliyev, Emin Mahmudov (kapitan), Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov
Fransa: Lukas Şevalye, Malo Qusto, İbrahima Konate, Lukas Ernandes, Teo Ernandes, Kepren Türam, Manes Akliuş, Uorren Zair-Emeri, Jan-Filip Mateta, Kristofer Nkunku, Uqo Ekitike
Baş məşqçi: Didye Deşam
Qeyd edək ki, oyun saat 21:00-da start götürəcək.