Azərbaycan - Fransa oyununda ilk hissə başa çatdı

İlk hissə başa çatdı - 1:3.

***

21;46

Fransanın heyətində Kepren Türam 45-ci dəqiqədə komandasının üçüncü qolunu vurdu - 1:3.

***

21:30

Fransanın heyətində Manes Akliuş 30-cu dəqiqədə fərqləndi - 1:2.

***

21:17

Fransanın heyətində Jan-Filip Mateta 17-ci dəqiqədə hesabı bərabərləşdirdi.

***

21:03

Millimizin hücumçusu Renat Dadaşov 4-cü dəqiqədə hesabı açdı.

***

21:00

Azərbaycan millisi ilə Fransa yığması arasında DÇ-2026-nın seçmə mərhələ oyunu başlayıb.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün baş hakimi latviyalı FIFA referisi Andris Treimanisdir.