Son xəbərlər

Arda Gülər İspaniya mətbuatının manşetlərində: “İnanılmaz, fırtınaya çevrildi!”

“Real Madrid”in PSV-ni 5:1 hesabı ilə məğlub etdiyi Çempionlar Liqası matçında Arda Gülər diqqət mərkəzinə düşüb. Türkiyə millisinin üzvü iki məhsuldar ötürmə ilə qələbədə mühüm rol oynayıb.

Sherg.az xəbər verir ki, Çempionlar Liqasının V turu çərçivəsində keçirilən görüşdə Arda Gülər start heyətində meydana çıxıb və 70 dəqiqə oynayıb.

O, əvvəlcə Fede Valverdenin, daha sonra isə Kilian Mbappenin qoluna assist edib. Xüsusilə Valverdenin qolunda dabanla verdiyi ötürmə böyük maraq doğurub.

Ardanın çıxışı İspaniya mətbuatında da geniş əks-səda doğurub. “AS” onun ötürməsini “Guti üslubunda”, “Sport” isə “inanılmaz” adlandırıb.

İspaniyalı jurnalist Ramon de Mon Arda Gülər, Cud Bellinqem və Bernardo Silvanın ikinci hissədəki oyununu yüksək qiymətləndirərək onların yarımmüdafiədə əsl fırtına yaratdığını yazıb.