"Yuventus"da bu mövsüm parlaq çıxış edən milli futbolçu Kenan Yıldız haqqında yeni transfer iddiaları ortaya çıxıb.
Sherg.az xəbər verir ki, İtalyalı jurnalist Fabrizio Romano bildirib ki, Premyer Liqanın aparıcı klubları Kenan Yıldızı yaxından izləyir və ilk təmaslar artıq qurulub.
"Yuventus" isə oyunçunu buraxmaq istəmir və 2029-cu ilə qədər olan müqaviləsini daha yüksək maaşla yeniləməyə çalışır, lakin hazırda maliyyə məsələlərində fikir ayrılığı davam edir.
Əgər tərəflər razılığa gəlməsə, yay transfer dövründə Premyer Liqa klublarının Kenan üçün rəsmi addım atacağı gözlənilir.