“Fənərbaxça" Levandovski ilə ilk rəsmi təmaslara başlayıb

Xəbər verilir ki, “Barselona”nın ulduzu Robert Levandovski addım-addım “Fənərbaxça"ya yaxınlaşır. Onunla bağlı yeni və diqqətçəkən bir iddia ortaya atılıb.

Sherg.az xəbər verir ki, "Fichajes" portalında yayımlanan xəbərə görə, “Fənərbaxça"nın idman direktoru Devin Özek, Levandovskinin şərtlərini öyrənmək məqsədilə futbolçunun nümayəndələri ilə ilk əlaqəni yaradıb. Xəbərdə həmçinin vurğulanır ki, klub rəhbərliyi müsbət cavab alındığı təqdirdə “Barselona” ilə masaya oturmağa hazırdır.

Məlumata əsasən, 37 yaşlı hücumçu ilə “Milan”, “Mançester Yunayted”, “Atletiko Madrid” və “Al Nassr” klubları da maraqlanır.

İspan mətbuatında daha əvvəl qeyd olunmuşdu ki, “Barselona” Levandovski ilə müqaviləni yeniləməyə o qədər də isti baxmır və danışıqları ləngidir.