“Fransa ilə oyunda Şahruddini qapıda görəcəksiniz” - Ayxan Abbasov

“Fransa ilə oyunda bütün komandalar çətinlik çəkir. Hücum futbolu oynamaq istəyirik, amma görək, rəqib nə qədər imkan verir. Sabah mübarizə apacağıq. Rəqibi nəzərə alırıq. Çalışacağıq ki, hücum edək”

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Bakıda Fransa ilə keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

“Sabah son oyunumuza çıxırıq. Ağır oyun olacaq. Səfərdə də çətin oyun olmuşdu. Bilirdik ki, rəqib sonda daha çox təzyiq edəcək. Sabah dəyişikliklər olacaq. Bizdə itkilər var. Dünən Toral Bayramov zədələndi. Onun yerinə oynayan oyunçular zəif deyil. Sabah stadion dolu olacaq. Belə bir rəqibə qarşı oynamaq gələcəkdə bizə yaxşı təcrübə ola bilər. Bu gün bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Reallıq da var” -deyə, 44 yaşlı mütəxəssis bildirib.

Abbasov cəzalı durumdan çıxan Şahruddin Məhəmmədəliyevə sabah şans verəcəyini bildirib: ““Bilirik ki, bizim birinci qapıçımız Şahruddindir. Onun yoxluğu böyük itki idi. Aydın Bayramov da ötən oyun yaxşı çıxış etdi. Sabah Şahruddini qapıda görəcəksiniz” .

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.