İspaniya klubu "Qarabağ"la oyun üçün 23 futbolçu sifariş etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Qarabağ"ı qəbul edəcək İspaniyanın "Atletik Bilbao" klubunun iştirak ərizəsi bilinib.
Teleqraf xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın baş məşqçisi Ernesto Valverde oyuna 23 futbolçu sifariş edib.
Qeyd edək ki, oktyabrın 22-də, "San Mames" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.