İspaniya şokdadır: Türkiyə millisi sarsıdıb, bayram ləğv olundu

Türkiyə milli futbol komandasının İspaniya millisi ilə 2:2 hesablı heç-heçə etməsinin ardından İspaniya mətbuatı oyunu manşetlərinə çıxarıb.

Sherg.az xəbər verir ki,  La Cartuja stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Millilərin qollarını 42-ci dəqiqədə Deniz Gül və 54-cü dəqiqədə Salih Özcan vurub. İspaniyanın qolları isə 4-cü dəqiqədə Dani Olmo və 62-ci dəqiqədə Oyarzabal tərəfindən qeyd olunub.

Bu nəticədən sonra Türkiyə millisi qrupda 13 xalla mövqeyini tamamlayaraq pley-off mərhələsini gözləməyə başlayıb. İspaniya isə 2026-cı il Dünya Kubokuna birbaşa vəsiqə qazanıb.

İspaniya mətbuatı oyundan sonra vacib qarşılaşmaya başlıqlarda geniş yer ayırıb.

İspan mediasının dəyərləndirmələri

AS: “Türkiyə ilə heç-heçə etmək canımızı ağrıtdı. Amma bu nəticə son aylarda görülən yaxşı işləri və Dünya Kubokunun ən iddialı komandalarından birinə çevrilən İspaniyanın potensialını azaltmır.”

El Mundo Deportivo: “İspaniya, Türkiyə ilə absurd bir qarşıdurmadan son anda qurtuldu. İspaniya, Türkiyə ilə heç-heçə edərək İtaliyanın məğlubiyyətsizlik rekordunu qırdı. Türkiyə ulduzlarından məhrum olmasına baxmayaraq, qısa müddətlik öndə idi.”

El Pais: “İspaniya, Türkiyə qarşısında seçmələrdəki ilk qolunu buraxdı. Heç-heçə ilə Dünya Kubokuna vəsiqə qazandı və İtaliyanın rekorduna şərik oldu. İlk oyundakından tam fərqli, daha mübariz bir Türkiyəyə qarşı İspaniya bir sıra fürsətlərdən yararlanaraq bərabərlik əldə etdi.”

Marca: “Dünya Kubokuna rekordla gedirik, amma bayram yoxdur. Oyuna yaxşı başlayan İspaniya sonradan toparlana bilmədi və iki qol buraxdı. Oyarzabal bərabərliyi gətirdi.”

ABC Futbol: “Soyuq bir gecədə Dünya Kuboku yolçusuyuq. İspaniya, Sevilyada qazana biləcəyi oyunda Türkiyə ilə heç-heçə etdi və ən zəif performansını göstərməsinə baxmayaraq qrup liderliyini təmin etdi. Həqiqi atmosferin və rəqabətin çatışmadığı şəraitdə İspaniya 2026-cı il Dünya Kubokuna birbaşa vəsiqə qazandı.”