“Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimov keçmiş klubundan təzminat almaq üçün xüsusi vəkil tutub.
Publika.az xəbər verir ki, o, vəkiliylə görüşmək üçün Bakıya gəlib.
Xatırladaq ki, “Karvan-Yevlax” rəhbərliyi bir müddət öncə Azər Həşimovu istefaya göndərsə də, onunla qarşılıqlı razılıq əldə edə bilməmişdi. Həşimov müqaviləyə əsasən bütün alacağı məvacibi tələb edir, klub isə bunu ödəmək istəmir.
Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin may ayına qədərdir.
“Karvan-Yevlax” Azər Həşimovla müqaviləyə rəsmi olaraq xitam verə bilmədiyi üçün yeni baş məşqçisi Füzuli Məmmədovun da təyinatını rəsmən açıqlamayıb.