Kişi kimi mübarizə aparsınlar - "Neftçi"nin baş məşqçisi

   Düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik.

Axar.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Dinamo” (Minsk) ilə keçiriləcək görüşdən öncə deyib.

“Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah "Neftçi"yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar", - Y.Vernidub bildirib.

Qeyd edək ki, “Dinamo” (Minsk) – “Neftçi” oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək.