Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edəcək.
“SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq. Qarşılaşmanı Xorvatiyadan olan baş hakim Patrik Kolariç idarə edəcək.
Qeyd edək ki, Pyarnuda baş tutan ilk oyunda “Payde” 1:0 hesablı qələbə qazanıb.