İngiltərə Premyer Liqasının 12-ci turunda "Nottingem Forest"ə 3:0 hesabı ilə məğlub olan "Liverpul" yarışda son 60 ilin ən pis nəticəsinə görə rekorda imza atıb.
"Report" bu barədə "Opta Sport" statistika portalına istinadən xəbər verir.
"Liverpul" 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət (buraxılan üç və ya daha çox qolla – red.) aldılar. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.
"Liverpul" hazırda 18 xalla İngiltərə çempionatının 11-ci pilləsində qərarlaşıb.