"Neftçi" bu gün "Dinamo" səddini keçməyə çalışacaq

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Neftçi" Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşacaq.

Teleqraf xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.

Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv ilk oyunda rəqibinə 4:2 hesabı ilə məğlub olub. "Ağ-qaralar" səfərdə sərfəli nəticə qazanacağı təqdirdə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksələcək.

Qarşılaşmanın baş hakimi Şimali İrlandiyadan olan Tim Marşall olacaq.