Noyerdən antirekord

"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ ilə keçirilən ilk oyunda (4:5) uğursuz göstərici ilə diqqət çəkib.

Görüşdə parisli futbolçular rəqib qapısına endirdikləri beş zərbənin hamısını qola çeviriblər.

Teleqraf ESPN-nə istinadla xəbər verir ki, Noyer son illərdə Çempionlar Liqasının əsas mərhələlərində seyv etmədən 5 qol buraxan ilk qapıçı olub.

Həmçinin Noyer 5.2 balla matçın ən pis oyunçusu olub.

Qeyd edək ki, 40 yaşlı qolkiper 2011-ci ildən "Bavariya"nın qapısını qoruyur. Münhen klubu almaniyalı ilə bu mövsüm başa çatacaq müqaviləni yeniləmək niyyətindədir.